Son dəqiqə

Azərbaycan Basketbol

Azərbaycan Basketbol Liqasında mövsümə start verilir

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.

“Sərhədçi” İdman Kompleksində “Cəlilabad”la “Sərhədçi” üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq.

Azərbaycan Basketbol Liqası
I tur
19:30. “Sərhədçi” – “Cəlilabad”

“Sərhədçi” İdman Kompleksi

Qeyd edək ki, turun digər matçları gələn həftə keçiriləcək. Oktyabrın 27-də “Neftçi” və “Xəzri” ilə, bir gün sonra “Xırdalan” “Şəki” ilə, NTD-İNDIQO “Sumqayıt”la oynayacaq. Tura oktyabrın 29-da ötən mövsümün final seriyasında çıxış edən “Gəncə” və “Sabah”ın matçı ilə yekun vurulacaq.

Mövzuya görə xəbərlər