AFFA rəsmisi İsrail – Estoniya oyununun UEFA nümayəndəsi olacaq

AFFA rəsmisi İsrail – Estoniya oyununun UEFA nümayəndəsi olacaq

Bakı. TurkicWorld:

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.

İdman.biz xəbər verir ki, o, AÇ-nin D qrupunda İsrail – Estoniya oyununun UEFA nümayəndəsi olacaq.

Matç oktyabrın 12-də keçiriləcək.