Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verərək, onların qarşılıqlı harmoniyada yaşamasını təmin edib - Filuksinos Saliba Özmen

Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verərək, onların qarşılıqlı harmoniyada yaşamasını təmin edib - Filuksinos Saliba Özmen

Bakı. TurkicWorld:

Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmen Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu əlamətdar günlərdə Zati-alinizə ən dərin ehtiramımı bildirmək istəyirəm. Tarixi şəxsiyyət olan atanız Azərbaycanda müstəqil və güclü dövlətin qurulmasının əsasını qoyub.

Bu qüdrətli ölkədə Heydər Əliyev bütün dinlərə və xalqlara böyük dəyər verərək, onların qarşılıqlı harmoniyada yaşamasını təmin edib. Bu gözəl ənənə Azərbaycanda indi də layiqincə davam etdirilir. Azərbaycanda səfərdə olan hər kəs bunun əyani şahidi olur.

Cənab Prezident, mərhum atanızın yolunu davam etdirərək Zati-alinizin dinlərarası dialoqun gücləndirilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir. Biz bunun da əyani şahidləriyik.

Ulu Öndər Heydər Əliyevin xatirəsini onun 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə rəhmət və hörmətlə anırıq. Ruhu şad, məkanı cənnət olsun!"