Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib (VİDEO)

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib (VİDEO)

Bakı. TurkicWorld:

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.