Ermənistanın hərbi-siyasi rəhbərliyi mayın 14-də Brüssel formatında keçirilən görüşü pozmağa çalışır – İlyas Hüseynov (ÖZƏL)

Ermənistanın hərbi-siyasi rəhbərliyi mayın 14-də Brüssel formatında keçirilən görüşü pozmağa çalışır – İlyas Hüseynov (ÖZƏL)

Bakı, TurkicWorld

Ermənistanın hərbi-siyasi rəhbərliyi mayın 14-də Brüssel formatında keçirilən görüşü pozmağa çalışır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan sülhə açıq və şəffaf yanaşmır.

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək kontekstində, həm də vaxt qazanmağa çalışır, məsuliyyətdən boyun qaçırır, 3 tərəfli bəyanatın bir sıra maddələrini icra etmir və geopolitik proseslərə qarşı çıxır. Bütün bunlar onu sübut edir ki, Brüssel formatında görüş baş tutsa belə, Ermənistan revanşist əməllərindən əl çəkmir, görüşü pozmağa çalışır. Bu yanaşma siyasi sahədə problemlərin nizamlanması müstəvisində böyük çətinliklər formalaşdırır”.

Politoloq qeyd edib ki, Avropa siyasi birliyinin Kişinyovda keçiriləcək Zirvə görüşünə qədər sülh müqaviləsinin ilkin razılaşdırılması icra olunmalıdır.

“Lakin Ermənistan öz destruktiv addımları ilə sülh müqaviləsinə və regional sülhə qarşı çıxır”,- deyə politoloq bildirib.

Mehriban Xəlilli
Twitter: @MXalilbekova