Səfir Muxtar Məmmədov İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

Səfir Muxtar Məmmədov İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

Bakı. TurkicWorld:

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu səfir barədə öz "Twitter" səhifəsində yazıb.

"Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Belyak ilə məhsuldar görüş keçirilib. Biz ikitərəfli əlaqələrimizi müzakirə etdik və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - deyə paylaşımda bildirilib.