İsrail səfiri Tərtərdə mina partlayışı ilə bağlı başsağlığı verib

İsrail səfiri Tərtərdə mina partlayışı ilə bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

İsrailin Azərbaycandakı səfiri Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün üç Azərbaycan vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk".