Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmlənməsini arzulayıram - Səfir

Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmlənməsini arzulayıram - Səfir

Bakı. TurkicWorld:

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin Müstəqillik Günü ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.

"75-ci müstəqillik gününüz mübarək, İsrail! Bütün İsrail xalqına sülh və firavanlıq, həmçinin Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmlənməsini arzulayıram!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün İsrail müstəqilliyinin 75-ci ildönümünü qeyd edir.