Son dəqiqə

Azərbaycan Ermənistan Nikol Paşinyan Azər Allahverənov

Ermənistanın Azərbaycan ərazilərində təxribat törətməsinin səbəbi sülh müqaviləsinin imzalanmasını ləngitməkdir – Azər Allahverənov

Bakı, TurkicWorld:

Ermənistanın Azərbaycan ərazilərində təxribat törətməsinin səbəbi sülh müqaviləsinin imzalanmasını ləngitməkdir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.

“Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında iştirak edən, şərti dövlət sərhədlərimizin müdafiəsində xidmət göstərən Silahlı qüvvələrin əsgərlərinə qarşı hər zaman təxribat törədib və bu dövlət ümumiyyətlə təxribat etmədən hər hansı bir prosesi idarə etmək qabiliyyətinə malik deyil. Bu hadisələrin gedişatına, müəyyən dinamikanın təhlilinə, eyni zamanda nisbətən daha qlobal məsələyə yanaşdıqda görürük ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini bağlamaqdan başqa hər hansı bir alternativi yoxdur. Yəni bu, bu birmənalı şəkildə belədir. Sadəcə ülh əldə olduqdan sonra bu sülh yazılı şəkildə hansısa saatlarda və o sülhün zəmanəti ola biləcək tərəflərin iradəsi həmin o sülh şəraitinin yaranmasına xidmət edir, lakin 44 günlük vətən müharibəsindən sonra Ermənistan dəfələrlə, 2020ci ilin dekabr hadisələri, Xocalı istiqamətində onların diversiya qruplarının peyda olunması və s. kimi cəhdlərlə müqavilənin şərtlərini pozub. ”, - deyə A. Allahverənov bildirib.

Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsi ilə bağlı mümkün danışıqlar müstəvisində hər hansı bir müsbətə doğru dəyişiklik baş verən kimi dərhal təxribatlara əl atır.

“11 aprel tarixində baş verən təxribatlardan bir gün öncə xəbər yayıldı ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin dəvəti ilə may ayında Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşünün keçirilməsinə dair ilkin razılıq əldə olunub. İndi Ermənistan Ermənistan silahlı qüvvələri, Ermənistan Müdafiə Nazirliyi sistemində müəyyən qruplar var ki, kənardan idarə olunurlar. Böyük ehtimalla, Ermənistanın siyasi hakimiyyəti prosesə özü nəzarət edə bilməyib. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən görüşün keçirilməsinə dair razılıq verir və eyni bir zamanda Ermənistan- Azərbaycan sərhədində Azərbaycan Silahlı Qüvvələrinə qarşı atəş açılır və növbəti eskalasiya baş verir”, - deyə o əlavə edib.

A.Allahverənovun sözlərinə görə, Nikol Paşinyan üzdə bir davranır, digər tərəfdən havadarlarının sifarişini yerinə yetirmək və vəziyyətin daha gərgin müstəvidə saxlanması üçün təxribatlara əl atır.

“Ümumiyyətlə Cənubi Qafqaz bölgəsində hadisələrin daha gərgin bir müstəvidə baş verməsində maraqlı olan qüvvələr var. Həm bölgədə qüvvələri olan, həm də Azərbaycan-Ermənistan arasında şərti vasitəçilik funksiyasını yerinə yetirmək vəzifəsi olan qüvvələrin əsas məqsədi sülh müqaviləsinin imzalanmasına mane olmaqdır. Ona görə də bax bu təxribat əməlləri zaman-zaman baş verir və belə bir şəraitdə beynəlxalq aləm, xüsusilə də mütərəqqi qüvvələr, yəni bölgədə güc, söz sahibi olan qüdrətli dövlətlər, əgər bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdırlarsa Ermənistana təzyiq göstərməlidirlər. Sülh müqaviləsi imzalandıqdan sonra da həmin o şərti sərhədlər üzərində delemitasiya, demorkasiya işlərinin yerinə yetirməsi və sülh sazişi çərçivəsində ərazi bütövlüyünün tanınması və s. kimi elementlər öz əksini tapmalıdır”, - deyə İctimai Şuranın sədri vurğulayıb.

O bildirib ki, Ermənistanın İran PUA-larından istifadə etməsi birmənalı şəkildə yol verilməz bir haldır. “Məsələ bundadır ki, İranın İslam Respublikası olması, əhalisinin mütləq əksəriyyətinin müsəlmanların təşkil etməsinə baxmayaraq, bölgədəki mövqeyini, Azərbaycana olan münasibətini, Ermənistana hər zaman dəstək göstərməsini bilirik. İran Ermənistanın siyasi mövqelərinin gücləndirilməsinə xidmət edən siyasi gedişlərə yol verir və hərbi-nöqteyi nəzərdən də onu silahlandırır. 44 günlük müharibə zamanı da g İran birmənalı bu məsələyə münasibət bildirməmiş, əksinə İran üzərindən silah təchizatı Ermənistan istiqamətində baş verirdi. Bundan sonrakı mərhələdə bir neçə dəfə mətbuata sızmışdı ki, İran tərəfi Ermənistana öz PUA-larını satır. Hətta keçən ilin, 2022ci ilin sentyabr ayında dörd günlük bir hərbi toqquşmalar zamanı da Ermənistan tərəfinin PUA-lardan istifadə etdiyi təxmin edilir. Bununla bağlı faktlar göstərilməsə də ən azından vurulan zərbələr və həmin o dörd günlük hərbi toqquşmalar zamanı baş verən hadisələr onu göstərdi ki, heç də Ermənistan bu prosesdə özünün əvvəlki gücündən istifadə etmədi”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi yeni silahlarla təchiz olunursa və bunların arasında müxtəlif təyinatlı tapşırıqları yerinə yetirməklə məşğul olan PUA-lar varsa, deməli hansısa formada bu gün Azərbaycanın əsgərlərinə qarşı istifadə olunur.

“Müxtəlif partlayıcı sursatın atılması, atəş nöqtələri və s. kimi elementlər kəşfiyyat xarakterli də ola bilər. Amma mən düşünürəm ki, bizim Azərbaycan Ordusu mümkün təhlükələrin, istər İran, istərsə də digər dövlətlərin qarşısını almaq iqtidarındadır. Azərbaycan Silahlı Qüvvələri bu sahədə kifayət qədər öndə gedir və Ermənistandan çox qabaqdadır”, - deyə A. Allahverənov əlavə edib.

Mövzuya görə xəbərlər