Son dəqiqə

Fariz Rzayev

Minalar torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur - Nazir müavini

Bakı. TurkicWorld:

Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur.

TurkicWorld-un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar "Gizli ölüm toxumları" kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Nazir müavini xatrıladıb ki, Azərbaycanın torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib.

"2020-ci ildə münaqişənin bitməsinə baxmayaraq, Ermənistan hələ də torpaqları minalamağa davam edir. Bu istiqamətdə humanitar yardımların göstərilməsi bizim üçün prioritetdir. Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur",- deyə o əlavə edib.

Mövzuya görə xəbərlər