Zəngilan Azərbaycan, İsrail və İtaliyanın əməkdaşlıq mərkəzi olacaq -Corc Dik

Zəngilan Azərbaycan, İsrail və İtaliyanın əməkdaşlıq mərkəzi olacaq -Corc Dik

İsrailin Azərbaycandakı səfiri Corc Dik erməni işğalından azad edilmiş Zəngilan rayonuna səfər edib.

Trend bu barədə İsrail səfirliyinin "Twitter" səhifəsinə istinadən məlumat verir.

Səfir vurğulayıb ki, Azərbaycan Zəngilan rayonunda "ağıllı" şəhər tikəcək və burada İsrail şirkəti süd ferması inşa edəcək. Səfirin sözlərinə görə, bu fermanın məhsulu yaxınlıqda yerləşən və süd məmulatları istehsal edən İtaliya zavoduna tədarük olunacaq.

Səfir əlavə edib ki, gələn il bu bölgə Azərbaycan, İsrail və İtaliyanın əməkdaşlıq mərkəzi olacaq.

(Tərcümə: Orxan Nəbiyev)