Son dəqiqə

Zəngəzur Hulusi Akar

Türkiyə Azərbaycanın haqlı davasını hər zaman dəstəklədi və dəstəkləməyə davam edəcək - Hulusi Akar

Bakı.TurkicWorld:

Zəngəzur dəhlizinin açılması bütün tərəflərin xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək.

TurkicWorld-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən "Qış təlimi-2023"ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

O qeyd edib ki, Türkiyə bugünə qədər Azərbaycanın haqlı davasını hər zaman dəstəklədi və bundan sonra da dəstəkləməyə davam edəcək.

"Zəngəzur dəhlizinin açılması hamını xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək. Sülhə nail olmaq, ölkələrin təhlükəsizliyi üçün biz bu layihənin tezliklə reallaşmasını ümid edirik", - deyə o bildirib.

Mövzuya görə xəbərlər