Bakı. TurkicWorld:
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Tehrandakı Azərbaycan səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
TurkicWorld-in məlumatına görə, Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Türkiyənin xain hücumunu pislədiyini bildirib.
Çavuşoğlu həyatını itirən səfirlik əməkdaşına başsağlığı verib, yaralananlara şəfa diləyib.