Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka salıb - Rusiya XİN

Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka salıb - Rusiya XİN

Bakı. TurkicWorld:

Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova teleqram kanalında yazıb.

"Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!

Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik", o yazıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub.

Təcavüzkar mühafizə postunda Kalaşnikov avtomatından atəş açıb, təhlükəsizlik xidmətinin rəisi həlak olub. Səfirliyin iki mühafizəçisi də yaralanıb.