BAKI,TurkicWorld
Əhməd İsmayılov Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:
Media və Yayım Şurasının sədri
İsmayılov Əhməd Məhəmməd oğlu
Media və Yayım Şurasının üzvləri
Abdullayev Məhəmməd İzzət oğlu
Bəşirli Aynur Əliövsət qızı
Kərimova Rəqsanə Tofik qızı
Məmmədov Fərhad Rauf oğlu
Nadirov İlkin İlqar oğlu
Novruzov Fazil Hacıverdi oğlu.






