Son dəqiqə

Prezident İlham Əliyev

Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir - Prezident Sadır Japarov

BAKI,TurkicWorld

Qırğızıstan ilə Azərbaycan bir-bidini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Qırğızıstan dövlətinin başçısı vurğulayıb: "Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır".

Mövzuya görə xəbərlər