BAKI,TurkicWorld
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vətəndaş qəbulu çərçivəsində Qax şəhərinə səfər edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Qax, Oğuz, Şəki, Qəbələ, Balakən və Zaqatala rayonlarının sakinləri ilə keçirilən görüş zamanı şəhərsalma və ərazi planlaşdırılması, ərazilərin kompleks inkişafı, mühəndis və sosial infrastrukturun təkmilləşdirilməsi, eləcə də sahibkarlıq və investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması kimi regionun dayanıqlı inkişafına xidmət edən məsələlər müzakirə olunub.
Vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin operativ araşdırılması və aidiyyəti üzrə həllinin təmin edilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.






