Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Bakı. TurkicWorld:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında deyilir.

Eyni zamanda plana əsasən, Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi nəzərdə tutulur.