...

Aleksandar Vuçiç: Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir

Siyasət Digər xəbərlər 23 Noyabr 2022 17:18
TurkicWorld Daspina Hasanova
Aleksandar Vuçiç: Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir

Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır.

TurkicWorld xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır: “Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”.

Məqalədə:
Xəbərlər

Xəbər lenti