BAKI, TurkicWorld
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir.
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir.
İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!"







