Bakı. TurkicWorld:
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan–Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri Riqada görüşlər keçirirlər.
TurkicWorld xəbər verir ki, nümayəndə heyətinə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Milli Məclisin deputatı Sevil Mikayılova, işçi qrupun rəhbəri Kəmran Bayramov və qrupun üzvü, deputat Fazil Mustafa daxildir.
Martın 9-da azərbaycanlı parlamentarilər Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze ilə görüş keçiriblər.
Görüş zamanı tərəflər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq potensialını müzakirə ediblər.





