Son dəqiqə

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi

Moskvada Azərbaycanın diplomatik avtomobili qəzaya uğrayıb

BAKI, TurkicWorld

7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurmuşdur.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən TurkicWorld-ə verilən məlumata görə, beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir.

Bildirilib ki, döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılmışdır.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.

Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.