BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana etdiyi PUA hücumundan sonra göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.
TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
"Naxçıvana İran tərəfindən edilən hücumların pislənilməsi və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm".






