BAKI,TurkicWorld
Azərbaycan çox fəal xarici siyasət yürüdür, bizim çox sayda qlobal, beynəlxalq təşəbbüslərimiz var. Moldova tərəfindən hər zaman bu layihələrə dəstək müşahidə etmişik.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, idman, gənclər siyasəti sahəsində iki ölkə arasında ciddi perspektivlər var:
"Bunlar hamısı bizim əməkdaşlığımızın ciddi elementləridir".







