44 günlük Vətən müharibəsinin xronikası: 1 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 1 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 1-nə olan xronikasını təqdim edir.

- Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edib,

- Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub. Erməni təxribatı nəticəsində həlak olan mülki şəxslərin sayı 19-a çatıb. 1 müəllim qəlpə yarası alıb, 11 məktəb dağıntılara məruz qalıb

Learn More

- Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

- Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb. Düşmənin hərbi kolonları məhv edilib.

- Füzuli istiqamətində ələ keçirilən düşmən texnikası görüntüləri yayılıb.