İkinci Qarabağ müharibəsi türk tarixinin ən önəmli zəfərlərindəndir - General Yücel Karauz

İkinci Qarabağ müharibəsi türk tarixinin ən önəmli zəfərlərindəndir - General Yücel Karauz

Bakı. TurkicWorld:

27 sentyabr tarixi İkinci Qarabağ müharibəsinin anım günüdür. 27 Sentyabr - Azərbaycanın haqsızlığa, ədalətsizliyə qarşı sərgilədiyi mövqe, Azərbaycan xalqının milli-mənəvi dəyərləri üçün canından keçməsi deməkdir.

Bunu TurkicWorld-ə açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu savaşda müzəffər Azərbaycan ordusu vətən, millət, bayraq üçün gözünü qırpmadan sinəsini mərmiyə sipər etdi

"İkinci Qarabağ müharibəsində dünyanın ən müasir silahlarından istifadə edilərək cəsarət və fədakarlıqla düşməni məlubiyyətə uğratıldı. Bu sadəcə Azərbaycan tarixinin yox, Türk tarixinində ən önəmli zəfərələrindən biridir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərləri üçün bir saniyə belə düşünmədən canına fəda edə biləcək xalqdır. Milyonlarla insan vətən, millət, bayraq üçün küçələrə axışdı. Vətən müharibəsində cəbhəylə heç bir əlaqəsi olmayan ərazilərdə sivillərin ermənilər tərəfində terrora məruz qalaraq həyatlarını itirməsi, şəhid olması Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətlərinin dünyaya bir daha göstəricisi oldu. İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir iş deyildi. Azərbaycan imkansızı bacardı.

İkinci Qarabağ müharibəsi 1918-dən bəri davam edən Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək səviyyəyə çatdığı dönəmdir. Azərbaycanın haqq davası üçün canını ortaya qoyan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm", - deyə Y. Karauz bildirib

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.