Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi (MTK) Birgə Dövlətlərarası Komissiyanın 17-ci iclası İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımaların tənzimlənməsi diqqət mərkəzindədir - İranlı nazir

BAKI, TurkicWorld

21 marta qədər "Şimal-Cənub" Nəqliyyat Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir yolunun tikintisinin başlanması ilə İran, Azərbaycan və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi diqqət mərkəzindədir.

TurkicWorld xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasında deyib.

Onun sözlərinə görə, hazırda 160 km uzunluğunda dəmir yolu xəttinin tikintisi üçün xəttin keçdiyi ərazinin 120 kilometrinin mülkiyyəti vətəndaşlardan satın alınıb.

Sadeq bildirib ki, "Şimal-Cənub" dəhlizi çərçivəsində İran, Rusiya və Azərbaycan arasında ildə 15 milyon ton yükün daşınması xüsusi olaraq diqqət mərkəzində saxlanılır.

Mövzuya görə xəbərlər