...

Türkiyəli nazir bəzi dövlətlərin Ərdoğandan Azərbaycanla bağlı xahişlərindən danışıb

Siyasət Digər xəbərlər 25 Sentyabr 2022 10:52
TurkicWorld Daspina Hasanova
Türkiyəli nazir bəzi dövlətlərin Ərdoğandan Azərbaycanla bağlı xahişlərindən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə səfəri zamanı bəzi dövlətlərin nümayəndələri Türkiyə liderindən Azərbaycanla bağlı xahişlər edirlər.

Trend-in məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Prezident R.T.Ərdoğanı səfərlərində müşayiət etdiyini deyən V.Kirişçi bildirib:

"Bizə deyirlər ki, sizin (Rusiya Prezidenti Vladimir) Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəsərlərsə, donarıq. Azərbaycan sizin dost və qardaş ölkənizdir, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar", - deyə nazir bildirib.

Xəbərlər

Xəbər lenti