Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə məlumat tamamilə yalandır - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə məlumat tamamilə yalandır - MN

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - deyə məlumatda qeyd olunub.