BAKI, TurkicWorld
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
TurkicWorld xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.







