Azərbaycan heç bir zaman yalnız deyil - Mövlud Çavuşoğlu

Azərbaycan heç bir zaman yalnız deyil - Mövlud Çavuşoğlu

Bakı. Trend:

Azərbaycanın torpaqları 30 ildir işğal altında idi. Diplomatik səylər, Minsk qrupu, beynəlxalq sistem, ya da beynəlxalq aktorlar 30 il işğal altında olan Azərbaycan torpaqlarının qaytarılması üçün heç nə etmədi.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Azərbaycanın səbri tükəndi və erməni təxribatlarına qarşı müharibəyə başladı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi. Əgər biz regionda tam sabitlik və sülh istəyiriksə, ölkələr arasındakı problemlər öz həllini tapmalıdır. Biz bu məsələdə mühüm rol oynayırıq, amma biz hər zaman can Azərbaycanın yanındayıq, Azərbaycan heç bir zaman yalnız deyil" - deyə M. Çavuşoğlu bildirib.