Son dəqiqə

ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması Tramp Azərbaycan-Ermənistan normallaşma prosesi Azərbaycan-Ermənistan delimitasiya komissiyası Azərbaycan-Ermənistan Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi

Azərbaycan və Ermənistan liderləri mənim dostlarıma çevriliblər - Tramp

BAKI, TurkicWorld

Azərbaycan və Ermənistan liderləri – Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyanın mənim dostlarıma çevriliblər.

TurkicWorld xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsinin” imzalanması mərasimində deyib.

“Bu gün dünya bir il əvvəlkindən daha zəngin, daha təhlükəsiz və əhəmiyyətli dərəcədə daha dincdir. Biz bütün bu "yanğınları" söndürmüşük. Mən də daxil olmaqla çoxları bu savaşların hələ də davam etdiyini bilmirdi. Onların bəziləri bir halda 32 il, başqa bir halda 35 il, üçüncü halda isə 37 il davam edib. Biz Hindistan və Pakistan - iki nüvə qüdrətli dövlət arasında müharibəni dayandırmaqdan çox məmnun olduq. Prezident olaraq mən doqquz ay ərzində səkkiz müharibəni bitirdim, o cümlədən Kamboca və Taylandı və bu arada, bu liderlərin bir çoxu burada iştirak edir. Ermənistan və Azərbaycan. Bu liderlərin çoxu mənim dostlarıma çevrildi. Onlar buradadırlar”,- deyə o bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Mövzuya görə xəbərlər