Son dəqiqə

Azərbaycan Haaqa Niderland

Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

BAKI, TurkicWorld

Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin nümayəndələri ilə görüş baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Niderland arasında münasibətlərin güclü inkişaf dinamikası və gələcək əməkdaşlıq potensialı müzakirə olunub.

Məlumatda qeyd olunub ki, xüsusilə biznes, investisiya və ticarət imkanlarının genişləndirilməsi, həmçinin əsas iqtisadi sektorlar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş konkret təşəbbüslər diqqət mərkəzində olub.

Mövzuya görə xəbərlər