Son dəqiqə

Prezident İlham Əliyev

Çin mediası Azərbaycan Prezidentinin Çinə dair fikirlərindən yazır

BAKI,TurkicWorld

Çinin milli xəbər agentliyi Sinxuanın Azərbaycan Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb.

TurkicWorld xəbər verir ki, "Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir" adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib.

Sinxua Prezident İlham Əliyevin "Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik" sitatını da xəbərə daxil edib.

Qeyd edək ki, Sinxua agentliyinin sözügedən xəbərini Çinin bir çox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmış sayları Prezident İlham Əliyevin iqtisadi mövzulardakı fikirlərindən də xəbərlər hazırlayıb.

Mövzuya görə xəbərlər