Son dəqiqə

Azərbaycan Ermənistan Qazaxıstan Rusiya MDB Belarus Moldova Qırğızıstan Tacikistan Düşənbə

MDB Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclası 2026-cı ildə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, toplantıda MDB məkanında cinayətkarlığa qarşı birgə proqramların icrası, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2025-ci il iclası Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub. MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir.

Mövzuya görə xəbərlər