Son dəqiqə

Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan

Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Ermənistanlı naziri

Bakı, TurkicWorld

1300 ton həcmində "A95" markalı Azərbaycanın benzini daşıyan 22 vaqon Azərbaycan-Gürcüstan –Ermənistan dəmiryolu ilə Ermənistan ərazisinə daxil olub.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Qevork Papoyan öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Bu, Ermənistan və Azərbaycan arasında yalnız iki ölkə arasında sülhün bərqərar olmasından sonra deyil, həm də ümumilikdə müstəqilliyin əldə edilməsindən sonra baş verən ilk ticari-iqtisadi əməliyyatdır", – deyə Papoyan qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Mövzuya görə xəbərlər