BAKI, TurkicWorld
Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvləridir. Hər iki dövlət Hərəkatın əsas prinsiplərinə sadiqliyini ardıcıl olaraq nümayiş etdirir.
TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda "Beynəlxalq sülh və etimad ili (2025)", Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazir bildirib ki, hər iki dövlət üzv ölkələr arasında konstruktiv dialoqun, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqində mühüm rol oynayır:
"2019–2023-cü illərdə Hərəkatda sədrliyimiz dövründə təsisatın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməklə yanaşı, tərəfimizdən humanitar əməkdaşlığın genişləndirilməsinə, Hərəkatın institusional potensialının möhkəmləndirilməsinə, onun beynəlxalq arenada rolunun və siyasi əhəmiyyətinin artırılmasına yönəlmiş bir sıra mühüm layihələr irəli sürülüb".






