Son dəqiqə

Azərbaycan Pərviz Şahbazov Energetika Nazirliyi Özbəkistan Şavkat Mirziyoyev ikitərəfli əməkdaşlıq İkitərəfli görüşlər ikitərəfli əlaqələr

Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib

BAKI,TurkicWorld

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.

TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bütün istiqamətlərdə əlaqələr, ticarət dövriyyəsinin davamlı artımı, eləcə də enerji sahəsi daxil olmaqla uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib.

Neft-qaz, geoloji kəşfiyyat, "yaşıl enerji" və kimya sənayesinin inkişafında birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Mövzuya görə xəbərlər