Avropa İttifaqı Ceyhun Bayramov ATƏT Azərbaycan XİN Kaja Kallas

Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olunub

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

TurkicWorld bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş ATƏT-in Vyana şəhərində keçirilən Nazirlər Şurasının 32-ci iclası çərçivəsində baş tutub.

Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müsbət irəliləyişi alqışlayıblar.

Görüşdə, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və "yaşıl keçid" kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edilib.

Nazir, eyni zamanda Kaya Kallası regional inkişaflarla bağlı, o cümlədən Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin irəlilədilməsi üçün göstərdiyi səylər barədə məlumatlandırıb.

Mövzuya görə xəbərlər