Son dəqiqə

Azərbaycan Ermənistan Bakı İrəvan Azərbaycan Ermənistan sülh razılaşması Vaaqn Xaçaturyan

Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan

BAKI,TurkicWorld

Ermənistan və Azərbaycan arasında sülhün yekunlaşması üçün Azərbaycan-Ermənistan qarşılıqlı etimad atmosferinin formalaşması son dərəcə vacibdir.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın prezidenti Vaaqn Xaçaturyan bildirib.

"Sülh yalnız iki ölkə və xalqlar arasında qarşılıqlı etimadın bərpa olunmasından sonra gələcək: bu, zaman məsələsidir. Biz həqiqətən belə bir vəziyyətin əldə olunması üçün siyasi proses və hüquqi formulaları təmin etməliyik", - deyə Vaaqn Xaçaturyan qeyd edib.

Onun sözlərinə görə, iki tərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Mövzuya görə xəbərlər