Son dəqiqə

Azərbaycan Ermənistan Avropa İttifaqı Cənubi Qafqaz Bakı İrəvan Maqdalena Qronon

Avropa İttifaqı sülh prosesində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir - Xüsusi nümayəndə

BAKI,TurkicWorld

Avropa İttifaqı tamdəyərli sülh və regional inkişaf yolunda erməni və azərbaycanlı tərəfdaşları ilə həmrəydir.

TurkicWorld xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono 18-19 noyabr tarixlərində İrəvanda keçirilən yüksək səviyyəli ikigünlük müşavirələrin nəticələrinə dair bildirib.

"İrəvanda iki günlük intensiv və məzmunlu yüksək səviyyəli müşavirələr başa çatdı", - Qrono öz "X" səhifəsində yazıb.

O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi ilə bağlı, eləcədə erməni-türk münasibətlərinin normallaşdırılması, regional əməkdaşlıq, nəqliyyat və kommunikasiya əlaqəliliyi məsələləri, o cümlədən də humanitar məsələlərlə bağlı dərin fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Mövzuya görə xəbərlər