Son dəqiqə

Azərbaycan Bakı AMEA Prezident Administrasiyası Ramiz Mehdiyev

Ramiz Mehdiyevin işi üzrə AMEA katibliyinin keçmiş rəisi həbs edilib

BAKI,TurkicWorld

Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib.

TurkicWorld-in məlumatına görə, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi olub.

Mövzuya görə xəbərlər