Son dəqiqə

Azərbaycan Ermənistan Türkiye Ararat Mirzoyan

Azərbaycan və Türkiyə liderləri Avropa Siyasi Birliyinin İrəvandakı sammitinə dəvət olunub - Mirzoyan

BAKI, TurkicWorld

Ermənistan hakimiyyəti Azərbaycanın Prezidenti İlham Əliyevi və Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanı Avropa Siyasi Birliyinin gələn ilin may ayında İrəvanda keçirəcəyi zirvə-toplantısına dəvət edib.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

"Biz Azərbaycanı və Türkiyəni sammitdə ən yüksək səviyyədə iştirak etməyə dəvət etmişik və hazırda bu dəvətin sənədləşdirilməsi prosesi aparılır",- deyə xarici işlər naziri Ararat Mirzoyan bildirib

Mövzuya görə xəbərlər