Son dəqiqə

Azərbaycan Qazaxıstan Kasım-Jomart Tokayev ikitərəfli əməkdaşlıq İkitərəfli görüşlər

Azərbaycan regional güc kimi çox mühüm rol oynayır - Kasım-Jomart Tokayev

BAKI,TurkicWorld

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söyləyib.

"Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər