Son dəqiqə

ATƏT Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh prosesi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması

ATƏT Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni qiymətləndirib

BAKI, TurkicWorld

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən müzakirələri yüksək qiymətləndirib.

TurkicWorld xəbər verir ki, bu barədə o, rəsmi "X" səhifəsində yazı paylaşıb.

"Bu gün Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla məzmunlu müzakirələr apardıq. Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün bərqərar olunmasına yönəlmiş razılaşmaların əldə olunması münasibətilə sizi təbrik edirəm.

ATƏT sülh sazişinin həyata keçirilməsini və etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazırdır. Azərbaycanın vətəndaş cəmiyyəti və analitik mərkəzlərinin nümayəndələri ilə görüşüm gələn həftəyə planlaşdırılıb", - paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər