...

Prezident İlham Əliyev: Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək

Siyasət Digər xəbərlər 23 İyun 2022 23:45
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək

Bakı. TurkicWorld:

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək".

Məqalədə:
Xəbərlər

Xəbər lenti