Səudiyyə Ərəbistanın şahzadəsi Ərdoğanla görüşəcək

Səudiyyə Ərəbistanın şahzadəsi Ərdoğanla görüşəcək

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman iyun ayının 22-si Türkiyəyə rəsmi səfər edəcək. TurkicWorld-un məlumatına görə bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, ikitərəfli və nümayəndə heyyətləri arasında keçiriləcək görüşdə əsasən Türkiyə və Səudiyyə Ərəbistan arasındakı ikili əlaqələrin genişləndirilməsi müzakirə ediləcək.

Qeyd edək ki, bu vəliəhd şahzadəsinin Türkiyəyə ilk rəsmi səfəridir.