Son dəqiqə

Azərbaycan Ermənistan Ceyhun Bayramov Nyu-York XİN BMT Baş Assambleyası Vaşinqton Ararat Mirzoyan Azərbaycan-Ermənistan sülh sazişi

Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşüblər

BAKI, TurkicWorld

22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

TurkicWorld xəbər verir ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər