Şuşa bəyannaməsi qarşıdakı onilliklərdə haqqında danışılacaq ən mühüm sənədlərdən biridir – Ferhat Prinççi

Şuşa bəyannaməsi qarşıdakı onilliklərdə haqqında danışılacaq ən mühüm sənədlərdən biridir – Ferhat Prinççi

Bakı. TurkicWorld:

Şuşa bəyannaməsi qarşıdakı onilliklərdə haqqında danışılacaq ən mühüm sənədlərdən biridir, bunu TurkicWorld-a açıqlamasında Türkiyənin Uludağ universitetinin müəllimi professor Ferhat Prinççi deyib.

“Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərin və əməkdaşlığın hansı dərəcədə müsbət nəticələr gətirdiyini göstərmək baxımından çox əhəmiyyətlidir” – deyə Prinççi bildirib.

Onun sözlərinə görə, Şuşa bəyannaməsinin imzalanmasının birinci ilində dünya hər iki ölkə arasında münasibətlərin necə köklü şəkildə inkişaf etdiyinin və dərinləşdiyinin şahidi olub.

“Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan sübut etdi ki, istər regionda, istərsə də dünyada ikitərəfli əməkdaşlıq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmayacaq, habelə Türk Dünyası və Cənubi Qafqazda sabitlik və stabillik yaradacaq,"-deyə professor vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin iyun ayının 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. 2022-ci il martın 3-də Türkiyə Respublikasının Böyük Millət Məclisi Şuşa Bəyannaməsinin ratifikasiyasını təsdiq edən qanunu qəbul edib.

Bəyannaməyə əsasən, hər iki ölkə həm hərbi, həm də müdafiə sahəsində əməkdaşlıq edəcəklər.