AKP 2023-cü il prezident seçkilərində namizədinin adını açıqlayıb

AKP 2023-cü il prezident seçkilərində namizədinin adını açıqlayıb

Bakı. TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) şənbə günü prezident Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb.

TurkicWorld yerli KİV-lərə istinadla xəbər verir ki, bunu şənbə günü jurnalistlərə AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayının yekununda bildirib.

"Xalq Alyansından namizəd prezidentimiz Rəcəb Tayyib Ərdoğan olacaq. Bu mövzuda artıq yekdil qərara gəlinib", Ö. Çelik qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansına hakim AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.